Siyasət

Artsax Xarici işlər naziri Abxaziyalı əməkdaşına DQ məsələsinin nizamlanması prosesinin indiki etapını təqdim edib

Avqustun 28-də Artsax respublikası Xarici işlər naziri Karen Mirzoyan Stepanakertə rəsmi səfər etmiş Abxaziya Respublikası Xarici işlər naziri Daur Kove ilə görüşüb.

XİN mətbuat xidmətinin məlümatına görə, qonağı alqışlayaraq, Karen Mirzoyan əmin olduğunu bildirib ki, Daur Kovenin ziyarəti Artsax və Abxaziya arasında mövcud olan dost münasibətlərinə yeni təkan verəcək. Bu məzmunda Artsax Xarici işlər naziri davamlı şəkildə siyasi müşavirələrin keçirilməsinə əhəmiyyət verib.

Görüşdə tərəflər iki ölkənin XİN-in əməkdaşlığının inkişafına yönəldilmiş addımlarını, eyni zamanda iki tərəfli gündəm məsələləri, beynəlxalq və regional məsələlərini müzakirə edib.

Karen Mirzoyan Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanması prosesinin indiki etapını və danışıqlarda irəliləyişin qeyd edilməsi üçün Artsax tərəfindən göstərilən səyləri təqdim edib.

Sonra isə Artsax Respublikası və Abxaziya Respublikası XİN-ləri arasında Qarşılıqlı anlayış” memorandumunun imzalanması mərəsimi baş tutub.

Memornadum çərçivəsində tərəflər xüsusilə informasiya əməkdaşlığı, dövlətlərarası, hökumətlərarası əməkdaşlığının inkişafı, gənc siyasəti və diplomatiyası ilə bağlı əməkdaşlığın və acil gündəm məsələləri üzrə müşavirələrin keçirilməsi barədə razılıq əldə edib.

Mərəsimdən sonar xarici işlər nazirləri birgə mətbuat konfransında iştirak edib.

Daha çox göstər
Back to top button