Beynəlxalq

AŞPA məruzəçisi Mehman Əliyevə qarşı ittihamların doğru olduğuna inanmır

Şənbə günü Avropa Şurası Parlament Assambleyasının (AŞPA) KİV azadlığı və təhlükəsizliyi üzrə baş məruzəçisi Vladimir Aryev (Ukrayna) Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə bağlı narahatlığını bildirib.

“Mən Azərbaycan hakimiyyətini Mehman Əliyevi dərhal azad etməyə və bu işin araşdırılması üçün Cinayət Məcəlləsindən istifadə olunmasından çəkinməyə çağırıram. Turan əvvəllər də analoji hal ilə üzləşib və aparılan yoxlama göstərib ki, agentlik öz vergi öhdəliklərinə əməl edir. Azərbaycan hakimiyyəti ölkədə mətbuat azadlığına təsir göstərə biləcək istənilən hərəkətdən qaçmalıdır”, – Aryev bildirib.

KİV azadlığı üzrə bir çox təşkilat Turan-ı Azərbaycanda son müstəqil KİV kimi tanıyır. Agentlik vergi ödəməkdən yayınma barədə fikirləri inkar edir və bu çəkişmənin həmin mediada ifadə azadlığının məhdudlaşdırılmasına yönələn hökumət kampaniyasının tərkib hissəsi olduğunu ehtimal edir.

Jurnalistikanın müdafiəsi və jurnalistlərin təhlükəsizliyinə yardım üçün bu hadisə Avropa Şurası Platformasının nəzarətindədir.

Daha çox göstər
Back to top button