İctimaiyyət
Azərbaycanda N saylı hərbi hissənin silah anbarında yanğın baş verib

Avqustun 27-si səhər Azərbaycanda N saylı hərbi hissənin silah anbarında yanğın baş verib. Partlayış səslərini yerli sakinlər də eşidiblər. Onların deməsinə görə, mərmilərdən bəziləri yaxın ərazilərə də düşüb.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğın-partlayış hadisəsi ilə bağlı Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun hadisə yerinə yolldndığı bildirilir. Məlumatda qeyd edilir ki, yanğın miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur. Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınır.