Beynəlxalq

“HRW”, “Freedom House” və beynəlxalq KİV-lər Azərbaycan hakimiyyətini tənqid edir

Azərbaycanın “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi Azərbaycan hakimiyyətinin müstəqil KİV-ləri boğmaq yolunda atdıgı daha bir addımı oldu: bunu Human Rights House Foundation (HRHF, İnsan Haqları Evləri Fondu) beynəlxalq təşkilatı öz bəyanatında deyib.

M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlirin əldə edilməsi ilə qanunsuz sahibkarlıq), 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə itiham irəli sürülüb. Ən ciddi sanksiya – beş ilə qədər həbs – CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Eyni zamanda hər üç maddə azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ sanksiyaları nəzərdə tutur.

HRHF-nin 25 avqust tarixli bəyanatda təşkilat Azərbaycan iqtidarını Mehman Əliyevi “dərhal və qeyd-şərtsiz azad etməyə” çağırır və diqqəti Azərbaycanın iqtidaryönlü KİV-lərinin M. Əliyevin saxlanılması barədə məlumatı o hələ baş verməmişdən əvvəl yaydığına cəlb edir.

“Bu, özlüyündə Mehman Əliyevin həbs edilməsi barədə qərarın hansı səviyyədə qəbul olunduğunu göstərir”, – deyə təşkilat M. Əliyevin vəkili Fuad Ağayevin sözlərini gətirir.

Human Rights House Foundation-nin direktoru Mariya Дале hesab edir ki, “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyevin həbsi “[Azərbaycan] hökumətinin ictimai məkanda açıq-aşkar yeganə səs olmaq istədiyini” nümayiş etdirir.

HRHF-nin saytında dərc olunmuş bəyanatda qeyd edilir ki, son bir neçə il ərzində Azərbaycan hakimiyyəti bir çox jurnalist, hüquq müdafiəçisi və fəalları müxtəlif cinayətlərdə – vergidən yayınma, xuliqanlıq, qanunsuz sahibkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və s. – ittiham edib. Hüquq-müdafiə təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri bu ittihamları uydurma, qurama adlandırıblar.

Mariya Dale hesab edir ki, bu təcrübənin davam etdirilməsi “Azərbaycan hakimiyyətinin hər bir nüfuzunu tamamilə puç edir və beynəlxalq ictimaiyyət tərəfindən sərt hərəkətlərə gətirib çıxarmalıdır”.

“Obyektiv məlumat almaq istəyən bir çox insanlar “Turan”dan asılıdır. Müstəqil media vətəndaşlara əsaslandırılmış qərarlar qəbul etmək imkanının verildiyi hər bir sağlam demokratiyanın ayrılmaz hissəsidir. Biz Azərbaycan iqtidarını Azərbaycanın fikir və ifadə azadlığının və müstəqil KİV-lərin müdafiəsi üzrə beynəlxalq öhdəliklərinə sadiq olduğuna müəyyən inamı bərpa etməsi üçün bütün həbs edilmiş jurnalist, bloger və bütün digər KİV nümayəndələrini azad etməyə çağırırıq”, – deyə Mariya Дале bəyanatını tamamlayıb.

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı Turan agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.

“Mehman Əliyevə qarşı ittihamlar, habelə onun ilkin həbsi Azərbaycanın müstəqil jurnalistikanı və bütün digər tənqidi səsləri susdurmaq səylərinin tərkib hissəsidir”, – deyə Freedom House-un Avrasiya üzrə proqram direktoru Mark Berendt bildirib.

“Mehman Əliyev “Turan” İnformasiya Agentliyinə – ölkədə qalan sonuncu müstəqil informasiya agentliyinə rəhbərlik edir. Agentlik sentyabrın 1-dən etibarən bağlanmaqdan başqa yolu qalmadığını elan edib.

Hökumət agentliyə qarşı əsassız maliyyə pozuntuları ittihamları irəli sürüb, bu da agentliyin bank hesablarının dondurulmasına gətirib çıxarıb. Hökumətin Turan-a və onun rəhbərinə qarşı əməlləri mətbuat azadlığına ciddi hücumdur”, deyə bəyanatda qeyd edilir.

Freedom House 2017-ci il üzrə hesabatlarında Azərbaycanı azad olmayan ölkələr, mətbuatı azad olmayan ölkələr və İnternetin qismən azad olduğu ölkələr sırasına aid edib.

Daha çox göstər
Back to top button