
Bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sentyabrda görüşəcək. Bu barədə NEWS.am-ə Eçmiədzin mətbuat xidmətinin direktoru Ter Vahram Melikyan məlumat verib.
“İlkin məlumatlara görə, görüş sentyabrın 8-də Moskvada keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və regional sülh ilə bağlı məsələlər müzakirə olunacaq.”,-deyə Ter Vahram bildirib.
Görüş bütün Rusiyanın Patriarxı Kirillin təşəbbüsü ilə təşkil edilir.