Siyasət
KTMT baş katibi Ermənistana səfər edəcək

KTMT baş katibi Yuri Xaçaturov avqustun 28-30-a kimi Ermənistana gələcək.
Bu haqda təşkilatın mətbuat katibi Vladimir Zeynetdinov bəyan edib.
Qeyd olunur ki, səfəri çərçivələrində 2017-ci ilin payızında Minskdə keçiriləcək bir sıra sessiyaların hazırlığıyla bağlı məsələlər müzakirə olunacaq.
Səfəri çərçivələrində Yuri Xaçaturovun Prezident Serj Sarkisyanla, eləcə də Xİ naziri Edvard Nalbandyanla , Müdafiə naziri Viqen Sarkisyanla və parlamentin rəhbərliyiylə görüşləri nəzərdə tutulub.