N saylı hərbi hissənin silah anbarında baş vermiş yanğın və partlayışlar nəticəsində altı nəfər yaralanıb
Avqustun 27-də səhərçağı Xızı rayonunun Stalçay kəndinin yaxınlığındakı silah anbarında partlayış olub. Mərmilərin bəziləri Şuraabad və digər qonşu kəndlərə də düşüb.
Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı AZƏRTAC-a daxil olan əlavə məlumatında bildirilir ki, müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.