Beynəlxalq

ABŞ Azərbaycana etibar etməyə davam edir

Avropanın ardınca ABŞ-da da xalq tərəfindən seçilənlərin və məmurların başqa ölkələrə səfərləri ilə bağlı kampaniya başlanıb. Və bu məsələdə yenidən Azərbaycan xatırlanır.

Avropa KİV-i Avropa komissarlarını müxtəlif ölkələrə, o cümlədən Azərbaycana bahalı səfərlərə görə tənqidə məruz qoyub. Məlum olub ki, təkcə keçən ilin iki ayı ərzində Avrokomissarlar səyahətlərə yarım milyon dollar xərcləyiblər. Və xərclərin çox hissəsini çarter uçuşları təşkil edib.

“Politico” nəşri qeyd edib ki, Avropa komissarının Bakıya baş çəkməsi 75 min avroya başa gəlib və 2016-cı ilin birinci iki ayı ərzində ən bahalı səfər olub. Söhbət Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Bakıya gəlişindən gedir.

Və budur, indi Times of San Diego bildirir ki, son 12 ay ərzində San-Dieqo dairəsindən Konqresin nümayəndələri 17 dəfə İngiltərədə, Avstriyada, Azərbaycanda, Nyu-Yorkda və Siettle-də səfərlərdə olublar. Onların səfərlərinin xərcini qeyri-kommersiya təşkilatları, analitik mərkəzlər və özəl şirkətləri ödəyib.

Azərbaycana gəlincə, Konqres üzvləri Luisa Qutereşin, Billi Lonqun, Cim MakDermottun, Denni Devisin, Şeyla Cekson Li və bir çox başqalarının adları çəkilir. Elan edilmiş məlumatlara (böyük ehtimalla tam olmayan) əsasən, Amerika Konqresinin üzvləri son illər ərzində Azərbaycana 45 səfər ediblər.

Səfərlərin sponsorlarına gəlincə, onların arasında Türk-Amerika Assosiasiyaları (Council of Turkic American Associations) Məsləhəti Şurasının, Azpod LLC-nin, The Humpty Dumpty Institute və başqalarının adları çəkilir.

Daha çox göstər
Back to top button