Amnesty Press: “Aprel müharibəsindən sonra artsaxlılar normal həyatına dönüblər “

Amnesty İnternational beynəlxalq qeyri-hökumət təşkilatının orqanı “Amnesty Press” Dağlıq Qaraqbağ münaqişəsi ilə bağlı məqalə yazıb. “Amnesty Press”-in müxbiri İzabela Rozengrin Artsaxı ziyarət edərək, artsaxlılar və Artsax Respublikasının rəhbərliyinin nümayəndələri ilə görüşüb.
“Yol çətindir, bir tərəfdən isə üç metr yüksəklikdə divardır. Bu arabada olanları atəşlərdən və raket zərbəsindən müdafiə etmək üçün edilib. Azərbaycan divarın digər tərəfindədir”- deyə məqalənin müəllifi yazıb. Jurnalist qeyd edir ki, 1994-cü ildə atəşkəs razılşaması imzalanmış olsada, burada atəşlər heç dayandırmayıb, 2016-cı ildə isə Azərbaycan Martakert rayonunu bombardman edib və bunun nəticəsində 1994-cü ildən sonra ən şiddətli döyüşlər olub.
“Amnesty Press”-in müxbiri yazır ki, Azərbaycanın hücumundan sonra Taliş kəndində indi evlərin və infrastrukturların bərpa olunmasına yönələn işlər aparılır. O, qeyd etdi ki, Aprel müharibəsi nəticəsində yerli sakinlərin böyük travma yaşadıqlarına baxmayaraq, onlar normal həyatına dönməyə çalışırlar.
“Müharibə qəhrəmanı Monte Melkonyan deyib ki, əgər biz Artsaxı itirirsək, biz tariximizin son səhifəsini vərəqlənərik. Mən eyni şeyi Taliş üçün deyirəm.Kəndin sakinləri hər gün öz evləri və sahələri ilə nə baş verdiyini görməyə gəlirlər. Mən anlayıram ki, psixoloji bir maneə var, lakin hesab edirəm ki, vaxt bütün yaralar yaxşılaşdırəlacaq və hər kəs öz evlərinə geri gələcək”- deyə Talişdə Hökumətin nümayəndəsi Levon Apresyan deyib.
Jurnalistə müsahibəsində Artsax Respublikasının Prezidentinin məsləhətçisi Tigran Abrahamyan qeyd etdi ki, heç kim müharibə və itkilər istəmir.
“Azərbaycanda ermənilərə qarşı nifrət sülh prosesinə mənfi təsir göstərir. Azərbaycan tərəfi sərhəddə müşahidəçilərin sayını artırmaq istəmirlər, onlar aydın şəkildə göstərirlər ki, müharibəni davam etdirmək istəyirlər. Müharibə dünən başlamadı və sabah bitməyəcək, artsaxlılar bunu çox yaxşı anlayırlar”- deyə Abrahamyan qeyd etdi.