Siyasət
Bakı RF vətəndaşı Marat Uledanov-Qalustyanla bağlı qərarı qüvvədə saxlayıb

Bakı Apellyasiya Məhkəməsi erməni əsilli EF vətəndaşı Marat Uledanov-Qalustyanın işi üzrə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
“Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təsdiq etməyib. Höküm qüvvədə saxlanılıb”.
2017-ci il aprel ayının sonlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Qeyd edək ki, 2016-cı il iyulun 9-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ueldanovun bacısı Marianna Mirzoyana isə, rusarminfo-ya məlumat verimişdi ki, M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.