BaşlıcaSiyasət

Endryu Şofer rəsmi olaraq MQ ABŞ həmsədri vəzifəsinə təyin olunub

Amerikalı diplomat Endryu Şofer rəsmi olaraq Minsk qrupunun ABŞ həmsədrinin vəzifəsini rəsmi olaraq təhvil alıb.

Verilən məlumata görə bu haqda ABŞ dövlət departamentinin spikeri Hezer Holertin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, Avropa və beynəlxalq təşkilatlarda Şoferin böyük iş təcrübəsi var.

MQ həmsədrinin vəzifəsinə təyin olunmazdan əvvəl o, Vyanada beynəlxalq təşkilatlarda Birləşmiş Ştatlar missiyasında müvəqqəti vəkalətli vəzifəsində çalışıb.

2015-ci ilin avqustundan 2017-ci ilin yanvarına kimi missiya rəhbərinin müavini olub.

2014-cü ilavqustundan 2015-ci ilin avqustuna kimi o, İstambulun Beynəlxalq Enerji agentliyində müşavir olaraq çalışıb.

2011-2014-cü illərdə Şofer Kiprdə,ABŞ-ın səfir müavini vəzifəsində olub.Həmçinin Küveytdə, Bahreyndə və Rusiyada ABŞ səfirliklərində çalışıb.

Vaşinqtonda o, dövlət departamentində İraq bölməsində işləyib. Siyasi məsələlərlə dövlət katibinin müavin köməkçisi olub.

“Birləşmiş Ştatlar Minsk qrupu prosessinə sadiq qalmağı davam etməklə yanaşı həm də, Dağlıq Qarabağ münaqişəsinin uzun sürən sülh nizamlanmasına çatmağa yardım edir.

İyunun 19-da və iyulun 6-da qeyd olunan bəyanatlarda bildirilir ki, ABŞ məsələnin ədalətli nizamlanmasına cəhd edir, hansı ki, beynəlxalq qanun üzərində dayaqlanmalıdır,hansı ki, Helsinki yekun aktınını əks edir, gücdən istifadə olunmaması, ərazi bütövlüyü və özünü idarəçilikdir”-deyə ABŞ dövlət departamentinin spikerinin bəyanatında qeyd edilir.

O, bildirib ki,Şofer tərəfindən vəzifəsini təhvil götürməsinə dair rəsmi olaraq Ermənistan və Azərbaycan hakimiyyətləri məlumatlandırılıb.

Daha çox göstər
Back to top button