Siyasət

Sarkisyan və Putindən təbrik mesajlar

ER Prezidenti Serj Sarkisyan və RF Prezidenti Vladimir Putin Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı yardımla bağlı sazişin imzalanmasının 20-ci il dönümü münasibətilə təbrik mesajlar göndəriblər. Serj Sarkisyanın təbrik mesajında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı yardımla bağlı sazişin imzalanmasının 20-ci ildönümü münasibətilə mənim səmimi təbriklərimi qəbul edin.

Keçmiş göstərir ki, saziş qardaş xalqların tarixi ənənələrə uyğundur. O, erməni-rus müttəfiq əməkdaşlığın davamlı inkişafı, yüksək səviyyəli dialoqu, xarici siyasətin səmərəli kordinasiyası, təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə uğurlu əməkdaşlığı üçün təmin yaradır. Ticarət-iqtisadi, enerji, nəqliyyat, innovasiya və mədən sənayesində ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlıq ildə il genişlənir, prespektivli investisiya layihələri həyata keçirilir, regionalarası və humanitar əlaqələr güclənir.

Ölkələrimizin ikitərəfli əməkdaşlıqının strteji xarakteri beynəlxalq çoxtərəfli və regionalarası alanlarda konstruktiv tərəfdaşlıqla çoxalır. Yerevan və Moskva Avrasiya İqtisadi Birliyi çərçivəsində integrasiya proseslərinin irəliləyişi üzrə genişmiqyaslı problemlərin həlli, Cənubi Qafqazda və ümumiyyətlə KTMT məsuliyyət zonasında sülh, sabitlik və təhlükəsizliyin təmin olunması uğruna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının güclənməsində aktiv iştirakçı və etibarlı müttəfiqlərdir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədr ölkə kimi göstərdiyi səyləri yüksək qiymətləndiririk”.

Daha çox göstər
Back to top button