BaşlıcaSiyasət

ER Prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik müqavilə təşkilatının baş katibi Yuri Xaçaturovu qəbul edib

ER Prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik müqavilə təşkilatının baş katibi Yuri Xaçaturovu qəbul edib ki, o da vəzifəsini təhvil aldıqdan sonra ilk dəfədir ki, Ermənistana gəlir.

Respublikanın Prezidenti və KTMT Baş katibi ümumi baxımla KTMT cavabdehlik xəttində və xüsusən Cənubi Qafqazda sülh -sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə dair məsələləri müzakirə etmişlər.

Qeyd etməklə ki, bu il Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının imzalanmasının 25 ili və təşkilatın formalaşmasının 15 ili tamam olur, Respublikanın Prezidenti qeyd edib ki, bu ildönümləri təşkilatın ötən yoluna geri dönmək və inkişafın gələcək addımlarını istiqamətləndirmək üçün yaxşı fürsətdir.

Serj Sarkisyan ötən il Yerevanda qəbul olunmuş 2025-ci ilə kimi KTMT Kollektiv təhlükəsizlik strateqiyasını həyata keçirmək istiqamətində aparılan işləri mühüm sayıb.

KTMT baş katibi qəbul üçün təşəkkür bildirib və son dövrdə təşkilat tərəfindən həyata keçirilən işləri və keçirilən tədbirlər barədə hesabat verib. Həmsöhbətçilər həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsini edib.

Daha çox göstər
Back to top button