İctimaiyyət

Silah anbarında baş vermiş partlayışla əlaqədar təmizləmə əməliyyatı keçirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyi (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar birgə təmizləmə əməliyyatları keçiriblər.

Avqustun 28də hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Stalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyatyanı sahəyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 320 000 kv.m əraziyə yoxlanılıb.

Ümumiyyətlə, 2 gün ərzində 320 000 kv. m (32 ha) əraziyə baxış keçirilib, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi və Stalçay kəndləri ərazisində 259 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Daha çox göstər
Back to top button