Mədəniyyət

Azərbaycanda alban kilsələri yox olma təhlükəsi qarşısında

Azərbaycanın Alban-Udin Xristian İcmasının sədri Robert Mobilinin virtualaz.org-a verdiyi məlumata görə, 72 alban kilsəsindən yalnız Nic və Kiş kəndlərində hərəsində biri olmaqla iki kilsə bərpa edilib. Dağılmaq üzrə olan digər kilsələrdən yan keçməklə hazırlanmış marşrutlar üzrə hərəkət edən turistlərə də məhz bu kilsələr nümayiş olunur. Elə həmin Nic kəndində iki kilsə artıq tamamilə dağılıb itmək ərəfəsindədir.

Məmurlar qərara alıb ki, ayinlərini həyata keçirmək üçün udinlərə bir kilsə də bəsdir. Amma axı alban kilsələri Azərbaycanın tarixi abidələri reyestrinə daxil edilib.

“Problemin həm də tarixi mahiyyəti var: yarıuçuq məbədləri görən turistlər onların erməni kilsələri olmasını zənn edib bu barədə suallar verirlər. Guya məhz buna görə onların uçulub dağılmasına biganə yanaşılır…”

Daha çox göstər
Back to top button