Siyasət
Müsavat AKM Mehman Əliyevin həbsinə etiraz olaraq mitinqlərə başlayır
Müsavat Avropa Koordinasiya Mərkəzi Mehman Əliyevin həbsinə etiraz olaraq yaxın günlərdə Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlər keçirəcək. Bu barədə Turan-a Müsavat AKM-in rəhbəri, “Mehman Əliyevə azadlıq!” Komitəsinin üzvü İlham Həsən bildirib.
Onun sözlərinə görə, ilk mitinq sentyabrın 9-da Nürnberq şəhərində olacaq.
“Növbəti mitinqlər Avropa Surasının və Avropa Parlamentinin önündə olacaq. Mitinqlərlə yanaşı, parlamentarilər ilə görüşlər də planlaşdırırıq”, – o qeyd edib.