İctimaiyyət

Senator Mehman Əliyevin azadlığını istəyir

Amerika Birləşmiş Ştatlarında respublikaçı senator Marco Rubio «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasını istəyir.

«Azərbaycan hökuməti görkəmli jurnalist Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır», – M.Rubio 2Mətbuat azadlığına təzyiqlərə yox!» heştaqının altında yazıb.

NORVEÇ XİN-İ DƏ NARAHATLIQ İFADƏ EDİB

Norveç Xarici İşlər Nazirliyi (XİN) isə «Turan» İnformasiya Agentliyinin ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

«İnformasiya agentliyinin ətrafında yaranmış vəziyyətdən, ümumilikdə Azərbaycanda mətbuat azadlığının vəziyyətindən çox narahatıq», – Norveç XİN-in Twitter səhifəsində dərc olunan məlumatda yazılır.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti, Fransa və Böyük Britaniya xarici işlər nazirliklərinin təmsilçiləri də açıqlama yayıb. Bundan başqa, Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də M.Əliyevin həbsinə reaksiya veriblər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və M.Əliyevin azadlığı istənilir.

Daha çox göstər
Back to top button