Siyasət

Artsax XİN rəhbəri Kanada parlamentinin nümayəndə heyətini qəbul edib

Artsax Respublikası Xarici İşlər naziri Karen Mirzoyan araşdırma missiyası ilə Artsaxa gələn Kanada parlamentinin “Bir azad dünya” təşkilatının sədri Maced El Şafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvləri qeyd edib ki, Artsaxa 2016-cı il apreldə Dağlıq Qarabağa qarşı başlanmış böyük miqyaslı hərbi təcavüz ərzində Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqlarının pozulmaları və hərbi cinayətlərinin araşdırmaq məqəsdilə gəliblər.

Karen Mirzoyan nümayəndə heyətinin bu təşəbbüsünü alqışlayaraq, Azərbaycan hakimiyyətinin cinayət fəaliyyətlərinin qarşısını almaq üçün Azərbaycan təcavüzünın səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və məsuliyyətli şəxslərin qınamasının vacibliyini vurğulayıb.

Görüş zamanı Artsax XİN rəhbəri aprel müharibəsi zamanı və ondan sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən törədilmiş cinayətlər barədə faktlar təqdim edib. Karen Mirzoyan Azərbaycan-Qarabağ münaqişəsinin tarixinə, onun nizamlanma prosesinin cari vəziyyətinə, o cümlədən Artsax Respublikasının münaqişənin həlli ilə bağlı mövqelərinə toxunub.

Daha çox göstər
Back to top button