Azərbaycandan ilk razılaşmanı aldıq. Babayanın deputatlar ilə Bakıya getəcəyi haqqında

Şərq tərəfdaşlığı Parlament Assambleyası “Avronest”-in Bakıda keçiriləcək iclasında Ermənistan Respublikasının Parlamentinin nümayəndə heyətinin üzvlərinin iştirakı ilə təşkili məsələləri Ermənistan Respubliaksının Parlamenti “Avronest”-in katibliyi ilə edir.
Bu haqda “armtimes.com”-a müsahibəsində Ermənistan Respublikasının Parlamentinin Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arsen Babayan Azərbaycanın Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun şərhlərinə toxunaraq bildirb. O, deyib ki, əgər Erməni deputatlar Bakıya gəlmək üçün müraciət etsələr, baxılacaq.
“Biz təşkili məsələlər “Avronest”-in katibiliyi ilə aparırıq, çünki bu “Avronest”-in tədbiridir. Biz Azərbaycan tərəfindən təhlükəsizlik məsələlərinin müzakirəsi ilə bağlı ilk razılaşmanı aldıq. Onlar hələ təhlükəsizlik təminatlar verməyib, lakin bu məsələ ilə bağlı ilkin razılığı veriblər. Bundan sonra Ermənistan Respublikasının Parlamenti öz iştirakı ilə bağlı yekun mövqəyini təqdim edəcək” – deyə Arsen Babayan qeyd etdi.
Daha əvvəl Ermənistan Respublikasının Parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin sədri Armen Aşotyan bildirib ki, sentyabrın 22-də “Avronest” Parlament Assambleyasının iclasında Ermənsitan Respublikasın Parlamentinin nümayəndə heyətinin üzvləri Bakıda keçiriləcək iclasda iştirak edəcəklər. İclasda Ermənistan Respublikasının Parlamentinin deputatı Mane Tandilyan da iştirak edəcək.