Siyasət

Beynəlxalq İtkin Düşmüş Şəxslər günü: Ermənistanda DQ münaqişəsi nəticəsində 400 itkin şəxs var

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) DQ münaqişəsi tərəflərinə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün dəsək verməyə hazırdır. “Ailələrin ehtiyacları BQXK iş mərkəzindədir”,-deyə BQXK Ermənistandakı nümayəndə heyətinin sədri Karolin Duyzer bildirib.

Ailələr öz qohumlarının taleyi barədə bilməlidir. Beynəlxalq humanitar qanuna görə, bu, dövlətlərin öhdəliyidir. Biz münaqişə tərəflərinə bu önəmli humanitar məsələsində yardım etməyə hazırıq. Bu istiqamətdə göstərilən səylərin aktivləşməsi üçün heç bir zaman gec və ya erkən deyil”.

BQXK nümayəndə heyətinin bəyanatında qeyd edilir: “Qarabağ münaqişəsi  üzrə atəşkəs sazişinin imzalanmasından 23 il keçib, ancaq itkin düşmüş şəxsin taleyi hələ də aydınlıq gətirilməmiş qalır. İtkin düşmüş şəxslərin ailələri dərd və üzüntü içərisindədir. Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəflərinə bu istiqamətdə dəstək verməyə davam edir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan və Azərbaycanda 4500-dən çox itkin düşmüş şəxsin taleyi hələ də aydınlıq gətirilməmiş qalır. Onlardan 400-ü Ermənistanda qeyd olunub.

Daha çox göstər
Back to top button