Siyasət

Ermənistan müxtəlif ölkələrlə giriş vizasını azadlaşdırmaq istiqamətində addımlarını davam etdirəcək

ER hökuməti müxtəlif ölkələr ilə giriş vizasını azadlaşdırmaq istiqamətində addımlarını davam etdirəcək.

Bu haqda hökumət iclasında ER Xarici işlər naziri Edvard Nalbandyan qərarın layihəsini təqdim edib hansıyla Yaponiya vətəndaşları Ermənistana giriş vizasının tələbindən azad olunacaqlar.

Yaponiya vətəndaşları giriş vizası olmadan 1 il ərzində 180 gün müddətiylə Ermənistanda qala bilər.

ER baş naziri Karen Karapetyanın sualına cavab olaraq Edvard Nalbandyan dedi ki, Yaponiya artıq altıncı dövlətdir ki, onların vətəndaşları Ermənistana giriş vizası tələbindən azad olunur.

“Həmin məsələdə irəliyə getmək fikrindəyik, məqsədimiz həmin prosessi ikitərəfli etməkdən ibarətdir.Yapon tərəfi sentyabrdan ER vətəndaşları üçün giriş vizasının verilməsini asanlaşdıracaq.Eynisini digər ölkələrlə edirik”-deyə ER Xİ naziri bəyan edib.

Daha çox göstər
Back to top button