Siyasət

Conflict News: Artsaxda sülh təhlükə altındadır

Conflict News jurnalının analitiki Maykl Krikşank Artsax münaqişəsi barədə məqalə yazıb. Cənubi Qafqazda olan Dağlıq Qarabağ Respublikasında ermənilər yaşayır və türkdilli Azərbaycandan Sovet İttifaqının dağılmasından sonra 1980-ci illərdə başlanmış mitinglər nəticəsində ayrılmışdır. Sonra isə, müharibə baş verib.

Maykl Krikşank yazır ki, 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra da regionda müharibə nəticələri görünür: buraxılmış şəhərlər, silah qalıqları, dağıdılmış binalar. Bütün bunları qısa yoldan keçəndə də görə bilirik. Lakin bu günkü sülh təhlükə altındadır. 2016-cı il aprelin 2-də gecə saatlarında Dağlıq Qarabağın Taliş kəndi Azərbaycan tərəfindən atəşə tutulub.

“Avtomobili olan sakinlər qaça bildilər, olmayanları isə, yaşlılar və ya uşaqları olanları idi. Onların təhlükəsizliyini təmin edə bildik, lakin 2 yaralı və 3 qurbanı olub”,-deyə Talişin muxtarı Vilen Petrosyan qeyd edib. O zaman azərbaycanlılar kəndi işğal etmişdilər, lakin sonra Erməni qüvvələri kəndi geri alıblar. Açılmış atəş nəticəsində Taliş kəndinin binalarının 50%-i zərər çəkmişdir.

Bu, sadəcə aprel müharibəsinin ilk hadisəsi idi. 4 gün sürən döyüşlər nəticəsində Azərbaycanın irəliləyişinin qarşısını alınıb və iki tərəfin də yüzlərlə itkisi olub. Bu münaqişədə “Harop” kamekadze-pilotsuz uçan aparatı tətbiq olunub və nəticədə Dağlıq Qarabağda qurbanlar olub. Aprel müharibəsi Rusiya və Fransanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəslə başa çatıb.

Təmas xətti eyni vəziyyətdə qalıb, sadəcə Talişin yaxınlığında bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzərətinə keçib.

Daha çox göstər
Back to top button