Vardenis-Martakert yolu açılıb. Ermənistan Respublikasının Prezidenti açılış mərasimdə iştirak edib
İşgüzar səfəri ilə Arsax Respublikasında olan Prezident Serj Sargsyan sentyabr 1-də Artsax Prezidenti Bako Sahakyanı ilə birgə Vardenis-Martakert yolunun açılış mərasimdə iştirak edib.
Yol bütün ermənilərin bağışları, 2013-cü və 2014-cü ildə “Panarmenian” fondunun teletonlarında toplanan vasitələri, Artsax və Ermənistan Respublikasının Hökumətlərinin dəstəyi ilə tikilib.
Bu haqda Ermənistan Respublikasının Administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsində məlumat verilib.
Prezidentlər Serj Sargsyan və Bako Sahakyan Artsax Teminin rəhbəri arxiyepiskop Pargev Martirosyan ilə Dadivankı ziyarət edərək, Dadivankda həyata keçirilən işlər ilə tanış olublar.
İki Erməni Respublikasının Prezidentləri Artsax Respublikasının Askeran rayonunda yeni açılan şərab fabrikasını da ziyarət edəcəklər.
Prezident Serj Sargsyan sentyabrın 2-də Artax Respubliaksının paytaxtı Stepanakertdə Artsax Respublikasının 26-cı ildönümünə həsr olunmuş tədbirlərində iştirak edəck.