BaşlıcaSiyasət

Artsax Müdafiə nazirliynin operativ şöbəsinin rəhbəri: “Artsaxda ciddi silah növləri vardır ki, məhz orada istehsal olunur”

Qarabağ-Azərbaycan təmas xəttində indi qarşılıqlı atışma gedir. Bir neçə jurnalistlə müsahibəsində bunu Artsax Müdafiə nazirliyinin operativ şöbəsinin rəhbəri Viktor Arustamyan deyib.

O, qeyd etdi ki, Azərbaycan atıcı silahdan, snayperlərdən  istifadə edir, nəticəsində də erməni tərəfinin itkiləri olur.

Aprel müharibəsindən sonra yeni silah növlərinin əldə edilməsi barədə suala cavab olaraq Arustamyan dedi: “Olduqca ciddi irəliləyiş vardır. Həm Artsax respublikası hökuməti, həm də Artsax Prezidenti tərəfindən ayrılmış vasitələrlə müdafiə sənayesi inkişaf edib. Silah növləri haqqında məlümatı dərc edə bilməm, amma olduqca ciddi silah növlərimiz mövcuddur”.

Bunların satın alınması haqqında suala cavab olaraq, Arustamyan dedi ki, məhz Artsxada  istehsal olunublar. O, yalnız dedi ki, silah istehsalatı işləri çoxdan görülür, amma silah növləri və həcmləri haqqında ətraflı məlümat vermədi.

Talışa gəlincə, Arustamyan qeyd etdi: “Burada olduqca böyük müdafiə işləri görülüb, bunlar indi Talışa atəş atmağa imkan vermir. Amma heçkəs  deyə bilməz ki, Talışa ya da Stepanakertə atəş açılmayacaq, amma ən azı atıcı silahdan atəş atmamaq üçün əlimizdən gələni edirik”.

Viktor Arustamyanın sözlərinə görə, Azərbaycana daha güclü silah növləri ilə kobud cavab verilir.

Daha çox göstər
Back to top button