BaşlıcaSiyasət

Azərbaycan tərəfindən diversiya cəhdlərinin törədilməməsinin səbəbi mart ayında diversiya cəhdinin uğursuzluğudur

Artsax-Azərbaycan qarşıdurma qoşunlarının təmas xəttində 2017-ci ilin iyulundan etibarən atəş atma olaylarının sayı artıb. Rəqib tərəfindən kəşfiyyat-diversiya qruplarının sərhədi pozma cəhdləri etməməsi martda diversiya cəhdinin uğursuz olmasının nəticəsidir.

Sentyabrın 4-də “Rəqibin stratejik taktikası və addımlarımız” başlığı ilə zirvədə bunu ER Müdafiə nazirinin birinci müavini Artak Zakaryan deyib.

“Aprel müharibəsindən sonra ön cəbhədə gərginlik saxlanılır. Əvvəlcə  atəş atma olaylarının sayı kəsin şəkildə azalmışdı, amma iyuldan etibarən atəş atma olaylarının sayı artıb. 2016-cı ilin noyabrından rəqib minaatandan da istifadə edib. İndi regionda vəziyyət gərgin qalmaqda davam edir”, – deyə Zakaryan əlavə edib ki, ATƏT MQ tərəfindən iriçaplı silahlardan istifadə etməmək üzrə təlimata baxmayaraq, rəqib davamlı şəkildə bölmələrimizə qarşı qumbaraatanlardan, minaatanlardan pilotsuz uçan aparatlardan istifadə edir.

Onun sözlərinə görə, indi kəşfiyyat-diversiya qruplarının əməliyyatları həyata keçirilmir və bunun bir səbəbi vardır: qoşunlarımız martın 24-dən 25-ə rəqib tərəfindən təşəbbüs edilmiş diversiya cəhdinin qarşısını uğurla alıb. Amma rəqib tərəfindən bu cür əməliyyatların təşkil edilməməsi yalnız müvəqqətidir.

“Eyni zamanda, Azərbaycan müxtəlif təlimlərin həyata keçirilməsi ilə silahlı qüvvələrinin hazırlığını inkişaf etməyə davam edir. Rəqibin yeni meydan oxumalarının qarşısını ala bilmək üçün ER Milli Ordusunda təchizatın, hərbi texnikanın yeni növlərinin yaradılması, mövcud təchizatın və texnika növlərinin müəsirləşdirilməsi, idarə etmə sistemlərinin yaradılması istiqamətində işlər görülür”, -deyə nazirin müavini vurğuladı.

Onun szölərinə görə, indi bizim tərəfimizdən rəqibin hər hansı əməliyyatına aktiv kəşfiyyat və operativ cavab həyata keçirilir. Rəqibin daha erkən aşkar etmə və güclü cavab vermək üçün əlimizdən gələni edirik.

 

Daha çox göstər
Back to top button