Siyasət
Ermənistan “Hərbi tərəfdaşlıq-2017” təlimlərində iştirak edəcək
ER Silahlı Qüvvələrinin Hava Müdafiə Qüvvələrinin rəisi, polkovnik Armen Vardanyanın başçılıq etdiyi iş qrupu sentyabrın 4-dən 6-dək Rusiya Federasiyasının paytaxtı Moskvada və Astraxanda keçirilən MDB ölkələrinin Müdafiə nazirləri şurasının yanında Havadan Müdafiə koordinasiya komitəsinin nöbəti iclasında və “Hərbi tərəfdaşlıq-2017” təlimlərində iştirak edib.
Bu barədə ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sentyabrın 7-də Astraxanda keçiriləcək “Hərbi tərəfdaşlıq-2017” birgə təlimlərinin final mərhələsinə ER SQ-nin Baş qərarqah rəisi, general-leytenant Movses Hakobyanın başçılıq etdiyi nümayəndə heyəti qatılacaq.