İctimaiyyət

Azərbaycan “2.8 milyard dollarlıq gizli fondu idarə edib”

Azərbaycanın hakim elitası avropalı siyasətçilərə ödənişlər etmək və lüks əşyalar almaq üçün iki il ərzində 2.8 milyard dollarlıq (4.76 milyard AZN) gizli fondu idarə edib, yeni təhqiqatda deyilir.

Prezidentin Mətbuat Xidməti araşdırma ilə bağlı bildirib ki, “nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adı çəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur”.

“Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır”, Mətbuat Xidmətinin bəyanatında yazılıb.

Hakim partiyadan millət vəkili Aydın Mirzəzadə təhqiqatla bağlı BBC Azərbaycancaya bildirib ki, “kimsə belə bir iddia irəli sürürsə, onu təsdiqləyən mənbələri ortaya qoymağı bacarsın”.

Pulun Böyük Britaniyanın dörd qeyri-şəffaf şirkəti tərəfindən ötürüldüyü deyilir.

Pul ödənilmiş insanlar arasında hökumətə müsbət münasibət göstərən Avropa siyasətçiləri də var.

Bütün alıcıların pulun orijinal mənbəyi barədə məlumatlı olduğu bəlli deyil, araşdırmada deyilir.

“Azərbaycan Camaşırxanası” ləqəbli məxfi fond 2014-ci ilə qədər, iki il müddətində fəaliyyət göstərib, Avropa qəzetlər konsorsiumunun həyata keçirildiyi və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsi (OCCRP) tərəfindən nəşr olunan araşdırma deyilir.

Pulların mənşəyi qaranlıq olub, amma “prezident İlham Əliyevin ailəsinə bağlılığı barədə kifayət qədər sübutlar” var, təhqiqatda yazılıb.

Sxemin “həyata keçirildiyi zamanda” neftlə zəngin keçmiş Sovet ölkəsi sistemli korrupsiya, seçki saxtakarlığı və pozuntular, o cümlədən müxalifətçi siyasətçilərin, hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə ittiham olunub.

Pulların böyük hissəsinin lobbiçilərə, jurnalistlər, siyasətçilər və iş adamlarına ödənildiyini deyilir.

OCCRP-ə görə, sxemin uğurlu olduğu müşahidə edilib, məsələn, 2013-ci ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan barədə tənqidi hesabatın əleyhinə səs verilib.

Avropa İttifaqının bir hissəsi olmayan 47 nəfərlik şura İnsan Haqları üzrə Avropa Konvensiyasına əməl olunmasına nəzarət edir, Strasburqdakı hakimlər isə onun tətbiqini izləyir.

Hazırda həmin səsvermə ilə bağlı araşdırma aparılır və bu barədə hesabatın ilin sonunda hazır olacağı gözlənilir.

Sxemin istifadə etdiyi dörd qeyri-şəffaf şirkətin ikisi Şotlandiyada, ikisi isə İngiltərədə yerləşir – indi onların hamısı bağlanıb.

Həmin şirkətlərə ödənişlər Avropanın aparıcı banklarından biri sayılan Danimarkanın Danske Bankının Estoniyadakı filialı vasitəsilə edilib.

Bank şübhəli əməliyyatların aşkarlanması üçün kifayət qədər çalışmadığını etiraf edib.

Digər nəğd pullarla isə lüks həyat, o cümlədən xaricdə yaşayan azərbaycanlı ailələri üçün özəl məktəb maliyyələşdirilib, təhqiqatda yazılıb.

 

Daha çox göstər
Back to top button