Beynəlxalq
A.Merkel: “ Oktyabrda Türkiyənin AB-ə üzvülüyü ətrafında danışıqları dayandırmaq, yaxud sona çatdırmaq imkanı müzakirə olunacaq”
Avropa Birliyinə oktyabr ayında Türkiyənin üzvlük müzakirələrinə son qoyulması və ya sona çatması ehtimalı müzakirə ediləcək. Bu barədə Almaniyanın kansleri Angela Merkel bildirib.
RİA Novosti bu barədə məlumatlandırıb.
“Mən təklif edərdim ki, biz oktyabrda AB Şurasında Türkiyə ilə gələcək münasibətlər məsələsini, o cümlədən sona çatmasına dair məsələni müakirə edək”-deyərək Merkel Bundestaqda çıxış edərkən bəyan edib.