İctimaiyyət

Azərbaycandan sürgün olunmuş 4130 qaçqın erməni ailəyə Artsaxda 280 mln maliyyə yardım verilib

Azərbaycandan sürgün olunmuş və Artsaxda qeydiyyatdan keçirilmiş 4130 qaçqın erməni ailə 2008-2016-cı il dövlətdən 280 milyon dramlıq maliyyə dəstək alıb.

Sentyabrın 4-də “Rəqibin hərbi-siyasi taktikaları və bizim  edəcəklərimizi” mövzu ilə keçirilən konfransda bu barədə Artsax Respublikasının Əmək və Sosial İşlər naziri Samvel Avanesyan bildirib.

“Hökumət yanında miqrasiya, qaçqın və köçürmə məsələləri üzrə idarənin yaranması ilə 2004-cü ildə 1988-1992-ci illərdə “Azərbaycandan sürgün edilmiş və DQR vətəndaşlıq alan şəxslərin hüquqi və sosial-iqtisadi təminatları” və “Qaçqınlar haqqında” DQR qanunları qəbul olundu. 2005-ci ildən qaçqınların qeydiyyat və nəzərdə tutulan maliyyə kompensasiya prosesi başlayıb, lakin bu, Azərbaycanda buraxılmış maddi itkilərə görə bir kompensasiya deyil”,-deyə Avanesyan bildirib.

Onun sözlərinə görə, 2008-2009-cu illərdə Azərbaycanın anti-erməni siyasəti nəticəsində qaçqın olmuş soydaşlarımızın sosial-iqtisadi koordinasiya işləri həyata keçirilib. Qaçqın olan 4130 ailəyə dövlətdən 280 milyon dramdan artıq maliyyə dsətək verilib, lakin bu, onların tələblərini yerinə yetirə bilməz. Qaçqınların təxminən 27%-in mənzil şəraitinin yaxşılaşdırılması problemi var. Artsaxın sosial layihələr fondu ilə əməkdaşlıqla DQR hökumətinin müvafiq qərarı ilə yaşayış evi almaq və yeniləşdirmək üçün güzəştli kreditlərdən 50 qaçqın ailə istifadə edib.

“Dövlət yerli sakinlər və qaçqınlar üçün sosial müdafiə hüquqlarından bərabər istifadə etmə imkanları yaradır. Lakin qaçqınlarımız müxtəlif beynəlxalq humanitar təşkilatlardan maddi və maliyyə yardım almırlar”,-deyə nazir bildirib.

Əsas məsələ qaçqınların yaşlı nəsillərinin dil problemidir. Bu məsələni isə, AR Təhsil Elm və İdman Nazirliyi pulsuz dil dərsləri ilə həll edir.

2008-2016-cı illərdə 12 yaşayış yerdə 985 ailə və ya 3507 nəfər qəbul olunub. Onlardan 1540 yetkinlik yaşına çatmayanlardır. Onlara mənzillər və 310 milyon dramlıq maliyyə yardım verilib.

Daha çox göstər
Back to top button