Bütün ermənilərin katolikosu və Allahşükür Paşazadə regionda sülhün bərpası ilə bağlı məsələləri müzakirə edəcək: Ter Vahram
Dini liderlərin görüşü sülhün bərpası məqsədini daşıyır. Bunu Aysor.am-in müxbiri ilə söhbətdə Müqəddəs Eçmiatsinin mətbuat xidmətinin direktoru Ter Vahram Melikyan sebtyabrın 8-də Bütün ermənilərin katolikosu II Qaregin və Azərbaycan dini lideri Allahşükür Paşazadə arasında keçirilən görüşə toxunurkən bildirib.
Ter Vahram vurğulayıb ki, dini liderlərin üçtərəfli görüşünun məqsədi regional məsələlərin və sülh bərpasının müzakirəsidir.
“Məqsədi sülhün bərpası, regionun inkişafı və regionda xalqların həmrəyliyidir. Görüşün gündəmi də eynidir”,-deyə o qeyd edib.
Din liderlərinin görüşü siyasi münaqişəsinin həll məsələsində nə rol oynayacağına dair sualına Ter Vahram cavab verib ki, “məsələ siyasətdə oynadığı rol deyil, gələcək dialoq üçün müsait şəraitlərin yaradılmasıdır”.
“Əgər xalqlarımız arasında bir-birinə qarşı tolerantlıq yaranmazsa, münaqişə yüz illər sürəcək. Tolerantlığın yaranması lazımdır. Tolerantlıq olsa, münaqişənin sülh yolu ilə həlli tapılacaq. Dini liderlərin rolu məhz bu alandadır, siyasi məsələlərdə deyil”,-deyə Ter Vahram bildirib.