ATƏT-in Minsk Qrupu həmsədr ölkələri embarqo tətbiq edərək bəzi ölkələrinə silah satışını qadağan edə bilərlər. Bu barədə jurnalistlərlə söhbətində ER Xİ nazirinin müavini Şavarş Koçaryan dünən RF Prezidenti Vladimir Putinin etdiyi bəyanatı şərh edərkən bildirib.
Bu bəyanatdan sonra RF bəlkə də Azərbaycana artıq silah satmaz kimi fikirlərə Şavarş Koçaryan cavab verib ki, “Rus tərəfi bir zamanda deyirdi ki, “Mən etməsəm, başqası edər”. Bir zaman mənim fikirlərimi ifadə etmişdim ki, üç həmsədr ölkə də BMT təhlükəsizlik şurasının daimi üzvüdür və onların, silah satışına embarqo qoya bilmək gücü vardır. Bu, məsələnin həlli olardı və heç bir ölkə deyə biməzdi ki, “Mən verməsəm, başqası verir””,-deyə nazir müavini qeyd edib.
Ş. Koçaryan həmçinin vurğulayıb ki, bu cür qərarların alınması çətindir, lakin həmsədr ölkələri üçün mümkünsüz də deyil.