İctimaiyyət

“Azərbaycan hökumətinin kleptokratik əməlləri Qərb demokratiyasına təhlükədir”

“Avropa Şurası bir təşkilat olaraq Avropa içərisində etimadını o dərəcədə itirib ki, mən əmin deyiləm ki, o, indiki məqamda imic yaxşılaşdırmağa yaraya bilsin,” Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Sarah Çeys Amerikanın Səsinə deyir.

Azərbaycanın $2.9 milyard dollar həcmində pulyuma əməliyyatları və Avropa qanunvericilərini satın alması haqda “The Guardian” qəzetində və OCCRParaşdırmasının üzə çıxardığı hesabata reaksiya verən Çeys Azərbaycan hökumətinin lobbiçilik fəaliyyətinin kifayət qədər effektiv olduğunu etiraf edir.

Eyni zamanda Çeys Qərb qurumlarının korrupsiya şəbəkəsindəki rolu ilə bağlı hələ də bir çox məqamların qaranlıqda qaldığını vurğulayır.

“BP neft şirkəti maraqlı nümunədir. Mən hələ o vaxt Azərbaycanın korrupsiya mexanizmini araşdıranda məndə yaranan sual bu oldu ki, bu şəbəkədə əsas gəlir mənbəyi olan BP-yə Azərbaycan rejiminin sadəcə havadarı kimi, yoxsa transmilli kleptokarik şəbəkənin bir hissəsi kimi baxmaq lazımdır. Bunu müəyyən etmək üçün dərin araşdırma aparmaq lazımdır.”

Onun sözlərinə görə, BP şirkətinin rəhbərləri ilə Azərbaycan hökumət nümayəndələrinin şəxsi əlaqələrini araşdırmaq, şirkətin Əliyev şəbəkəsində özəl firma olaraq rolu haqda bilmək kifayət qədər faydalı olardı.

“Bu çox maraqlı məsələdir ki, indiyədək Qərbdə buna diqqət yetirilməyib,” deyə Çeys siyasi repressiyalar fonunda Azərbaycan hökumətinin başlıca gəlir mənbəyi olan BP fəaliyyətinin diqqətdən kənarda qalmasını şərh edir.

Transmilli inteqrasiyalaşmış korrupsiya şəbəkələrin daxili iş mexanimzinin araşdırılmasına ciddi ehtiyac olduğunu vurğulayan Çeys hesab edir ki, Qərbdə mövcud olan nizamlama qaydaları hazırda BP kimi şirkətlərə kifayət qədər sərbəstlik verir.

 

Çeys kleptokratik rejimlərin təkcə öz xalqlarına deyil, həm də beynəlxalq düzənə və Qərb demokratiyasına təhlükə törətdyini qeyd edib.

Onun sözlərinə görə sistemik korrupsiya uzaq və yaxın təhlükələr yaradır. Uzaq təhlküələr sırasında o, dini ekstremizmi, ətraf mühitə vurulan ziyanı misal gətirib.

“Lakin həqiqi yaxın təhlükə odur ki, bu kleptokratik ölkələr, bu şəbəkələr təcrid olunmayıblar. Onlar aktiv şəkildə Qərbdəki demokratik və konstitutsional sistemləri və təsisatları korrupsiyaya bulaşdırırlar. Və Azərbaycanın nümunəsində biz siyasi fiqurların və təsisatların satın alındığını görürük.”

Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrin yürütdüyü kleptokratik fəaliyyətin normallaşdırılması Qərbdə ciddi fəsadlar törətməkdədir. Bu sırada Çeyz Tramp şirkəti ilə İlham Əliyevin sabiq kürəkəni Emin Ağalarov arasındakı təmaslara diqqət çəkib.

“Bu növ kleptokarik fəaliyyət hazırda mənim düşüncəmdə Qərb demokratiyası üçün ən böyük təhlükələrdən biridir.”

Daha çox göstər
Back to top button