Təhlil

Azərbaycan o qədər “ağıllı” deyil ki, bizdə silahlarını təmir etsin: Artak Zakaryan

ER Parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin iclasında Müdafiə nazirinin müavini Artak Zakaryan gündəmdə “rusiya Federasiyası hökuməti və Belarus Respublikası hökuməti arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında” 2000-ci il fevralın 11-də imzalanmış sazişində əlavələr və dəyişikliklər etmək barədə” protokolunu ratifikasiya etmək haqqında qanunun layihəsini təklif edib.

“Bizim bu sazişə qoşulma marağımız erməni-rus hərbi-texniki komitəsinin birgə işlərin çərçivəsində formallaşdırılıb. Bizim, sürsat və hərbi texnikasının satın alma, tətbiq etmə və digər bir neçə önəmli məsələlərimizin zərurətini nəzərə alaraq MN sazişə qoşulmamıza əhəmiyyət verir, çünki bu, bizə bir neçə imkan verəcək”,-deyə nazir müavini qeyd edib.

Artak Zakaryan qeyd edib ki, maliyyə-sənayə qrupunun sədr müavininin vəzifəsini Ermənistanındır.

“Yelk” partiyasının deputatı Sasun Mikayelyan sual verib ki, Azərbaycan öz silahlarını bu favrikalarda təmir edə bilərmi. Artak Zakaryan cavab verib ki, bütün silahlar sertifikatlıdır və təmir işləri edənlər silahın nə olduğunu görəcək. Azərbaycan o qədər ağıllı deyil ki, öz silahlarını bizdə təmir etsin,-deyə Zakaryan əlavə edib.

Daha çox göstər
Back to top button