İctimaiyyət

Azərbaycanda cinayət törətmiş şəxslərin sayı çoxalıb

Azərbaycanda cinayət törədənlər daha çox əmək qabiliyyətli yaşda olub, lakin təhsili və işi olmayan şəxslərdir.

Trend-in məlumatına görə, ötən il Azərbaycanda belə kateqoriyaya aid 12751 şəxs cinayət törədib. Bu göstərici isə əvvəlki illərlə müqayisədə çoxdur. Belə ki, 2013-cü ildə Azərbaycanda əmək qabiliyyətli yaşda olub, oxumayıb və işləməyən 11 420, 2014-cü ildə 12 008, 2015-ci ildə 11 991 nəfər cinayət törədib.

Ümumilikdə son illər ərzində Azərbaycanda cinayət törətmiş şəxslərin sayı çoxalıb. 2013-cü ildə cinayət törətmiş şəxslərin sayı 14 841, 2014-cü ildə 15 560, 2015-ci ildə 16 322, 2016-cı ildə 16 676 nəfər olub.

Daha çox göstər
Back to top button