İctimaiyyət

Bakıda həbs edilmiş Marat Uledanov-Qalstyanın yeni vəkili var. Onun keçmiş vəkili qeyd etdi ki, Maratı müdafiə etməkdən qorxur

Bakıda həbs edilən Rusiya Federasiyası vətəndaşı, millətcə erməni Marat Uledanov-Qalustyanın yeni vəkili var.

Bu haqda “Tert.am”-a müsahibəsində Marianna Mirzoyan bildirib. O, qeyd etdi ki, vəkil avqustun 9-da  vəzifəsinə  başlayıb.

“Keçmiş vəkil vəzifələrini yerinə yetirə bilmədi. O ən başından mənə deyib ki, Maratı müdafiə etməkdən qorxur. Mən onu anlayıram”- deyə o qeyd etdi.

Marianna Mirzoyan deyib ki, qardaşının işi ilə bağlı  müvəffəqiyyətə inanmır.

“Bizim tək istədiyimizi odur ki, qardaşım Rusiyada cəzasını alsın”- deyə Marianna Mirzoyan qeyd etdi.

Xatırladaq ki, , 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ueldanovun bacısı Marianna Mirzoyan məlumat yayıb ki, M. Ueldanov erməni olduğuna görə saxlanılıb.

 

Daha çox göstər
Back to top button