BaşlıcaSiyasət

BMT Azərbaycanın Artsaxı təcrid etmə siyasətinə dair Artsax XİN-nin sənədini yayıb

Azərbaycanın Artsaxı təcrid etmə siyasətinə dair Artsax Respublikası mövqeyini əks edən sənəd Birləşmiş Millətlər Təşkilatında (BMT) yayılıb.

Bu barədə Artsax Respublikası XİN-dən məlumat alınıb. Qeyd olunur ki, sentyabrın 1-də Artsax Respublikası XİN tərəfindən hazırlanmış sənəd BMT rəsmi saytında yayılıb.

“Sənənddə deyilir ki, Azərbaycanın Artsaxı təcrid etmə siyasəti BMT Nizamnaməsinə, Ümumdünya insan hüquqları bəyannaməsinə və Mülki və Siyasi Hüquqlarına, İqtisadi, sosial və mədəni hüquqlar haqqında müqaviləsinə əsaslanan inkişaf hüququnu kobudcasına pozur. İnkişaf hüququ təbii sərvətlər üzərində tam suverenlik, öz müqəddəratını təyin etmə, inkişafda ictimaiyyətin iştirakı, imkan bərabərliyi və digər mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi üçün əlverişli şəraitin formalaşdırılması daxil olmaqlahər bir şəxsin və xalqın hüququdur.

Sənəddə beynəlxalq hüququnun bir neçə normalarına istinadən qeyd olunur ki, fərdi və kollektiv hüquqları və əsas azadlıqları, o cümlədən sosial və iqtisadi hüquqların həyata keçirilməsi insanların yaşadığı ölkənin statusundan asılı ola bilməz, beləliklə beynəlxalq tanınmaması Artsax Respublikasının beynəlxalq münasibətlərində cəlb olunma və xarici iqtisadi fəaliyyətlər həyata keçirmə imkanını təsri edə bilməz.

Artsax Respublikası hakmiyyətləri respublikada sabit və şəffaf iqtisadi fəaliyyət aparmaq məqsədilə BMT üzv ölkələri ilə əməkdaşlıq etməyə hazırdır.

Rəsmi sənəddə həmçinin vurğulanır ki, Artsax Respublikası hakimiyyətləri mümkün olan hər şey edirlər ki, respublikanın hər bir sakini beynəlxalq sənədlərlə nəzərdə tutulan bütün hüquqlar və azadlıqlardan tam istifadə edərək öz potensialını sərbəst inkişaf etdirə bilsinlər. Beləkilə, Artsax hakmiyyətləri dinc, sabit və firavan Cənubi Qafqaz regionunun yaradılmasına töhvə verirlər.

Daha çox göstər
Back to top button