Siyasət

Ermənistanda Hava hücumundan müdafiə və anti-tank sistemlərinin alınması ilə maraqlanır: Paxçanyan

ER Müdafiə nazirinin müavini Davit Paxçanyan bildirib ki, Ermənistan böyük miqdarda Hava hücumundan müdafiə, anti-tank və digər sistemlərinin alınması ilə maraqlanır. Bu barədə nazir müavini Aysor.am-ə müsahibədə bildirib.

ER MN-nin Hərbi Sənaye Komitəsinin sədri qeyd edib ki, Ermənistan silah alırkən ilk olaraq öz ehtiyaclarına baxır və orduya lazım olan silahları alır. İkincisi isə, silahın qiyməti, keyfiyyəti, məhdudiyyətləri və müəyyən siyasi fikirlərinə baxır.

Nazirin sözlərinə görə, Ermənistan ən çox Hava hücumundan müdafiə sistemləri ilə maraqlanır, çünki bunlar erməni ordusuna lazım olan silahlardandır.

Lakin nazir bu silah barədə ətraflı məlumat verməyib.

Daha çox göstər
Back to top button