İctimaiyyət

ABŞ Dövlət Departamentindən növbəti Mehman Əliyev bəyanatı

”Bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir”

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi barədə danışıb.

Məlumatı “Amerikanınsesi” radiosu yayıb.

O, Dövlət Departamentinin avqustun 24-də yaydığı bəyanatı xatırladıb:

“Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – “Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. “Turan”-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökümətinin may ayında AzadlıqRadiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir.”

“Birləşmiş Ştatlar Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırır”, departamentin sözçüsünün açıqlamasında belə deyilir.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. M.Əliyev ittihamları rədd edir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button