BaşlıcaBeynəlxalq

Macarıstan Ramil Səfərovu Azərbaycana 7 milyon dollarla satıb: ‘Azərbaycanın pulyuyan maşını’ yeni detallar

Azərbaycan hakimiyyətləri tərəfindən çirkil pulların yuyulması ilə bağlı yayılmış yeni araşdırmada Macarıstan ilə Azərbaycanın əlaqələri barədə maraqlı detallar var.

“Armenpress”-in verdiyi məlumata görə, 2012-ci ildə Macarıstanın erməni zabiti Qurgen Margaryanı vəhşiliklə öldürən azərbaycanlı Ramil Səfərovu Azərbaycana ekstradisiya etdiyi zaman Macarıstanın MKB bankında Azərbaycanın rəsmi şəxslərindən birinin övladı adı ilə açılmış hesabına 7 milyon ABŞ dollardan çox pul köçürülüb. Korrupsiyaya qarşı olan Átlátszó saytında dərc olunmuş hesabatda qeyd edilir ki, aşkar olunmuş yeni məlumatlar göstərir ki, reallıqda Səfərovu ekstradisiya edərək Macarıstan hökumətinin Azərbaycanla siyasi və iqtisadi əlaqlərini gücləndirmək deyil də digər məqsədləri vardı.

MKB bankında açılmış hesab bir ofşor şirkəti ilə bağlı idi. Şirkətin isə, Azərbaycan hökumətilə yaxın əlaqələri var idi. “Metastar Invest LLP” şirkəti tərəfindən “Velasco International Inc” adlandırılan şirkətin Macarıstandakı bank hesabına ümumi məbləği 7.6 milyon dollar olan çoxsaylı ödənişlər edib.

Maraqlıdır ki, 7 milyon ABŞ dolların köçürülməsi Macarıstan və Azərbaycan arasında diplomatik münasibətlərin yaxınlaşdığı zaman olub. Artıq 2014-cü ildə Macarıstan Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər strateji tərəfdaşlığı barədə sazişi müzakirə ediblər.

Macarıstana şübhəli pullar köçürən “Metastar Invest LLP” məhz o şirkəti idi, hansı ki, Azərbaycan tərəfindən AŞPA deputatı Luca Volonteyə qanunsuz pul ödəmişdi. Maraqlıdır ki, həmin Luca Volonte sadəcə Azərbaycanın deyil, Viktor Orbanın da dostudur və Orban rejiminə qarşı tənqidləri “Cadılar ovu” adlandırmışdı.

Macarıstan bankında açılmış hesabının sahibi “Velasco International”-ın Macarıstan və Azərbaycanla sıx əlaqələri varıdr. Britaniya Vircin adalarında qeydiyyatdan keçən “Velasco International Inc” adlandırılan şirkəti Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubova məxsus olub.

“Átlátszó” şirkətinin təqdim etdiyi məlumatlardan görünür ki, Azərbaycan şirkəti ilə işlərə Orban hökumətinin yanında kəşfiyyat agenti, Baş nazirin Baş Məsləhətçisinin nümayəndəsi və ölkənin ən güclü digər rəsmi şəxsləri də cəlb edilmişdilər.

Qatil Ramil Səfərovu ekstradisiya etmə zamanı Azərbaycandan Macarıstana köçürülmüş pullar Orban hökuməti tərəfindən bu cür addımın motivlərini aşkar edir. Macarıstanın siyasi rəhbərliyi bütün normalarına məhəl qoymayaraq azərbaycanlı qatili 7 milyon ABŞ dollarla “satıb”. Həmin qatil Bakıda “milli qəhrəman” olub və erməni zabiti baltayla öldürmək üçün heç bir dəqiqə cəza şəkmədən azad buraxılıb.

Daha çox göstər
Back to top button