BaşlıcaTəhlil

Rumıniya mətbuatı Səfərov işi ilə bağlı Azərbaycan pullarının yuyulmasına toxunub

Macarıstan mətbuatında Azərbaycanın çirkil pulların yuyulmasına dair məlumatlar Rumıniyanın mətbuatında da yayılmağa başladılar.

Rumıniyanın “Hotnews.ro” saytında dərc edilmiş məqalədə deyilir:

“Nəhayət, Mətbuat yenə və ya artıq yeni baxımdan Səfərov işini araşdırmağa başlayıb. Macarıstan mətbuatı yenə Səfərov dövrü və Orbanın yaxınlarının hesabına keçürülmüş Azərbaycan pulları ilə məşğuldur. Orban hökumətinə yaxın olan şirkətlər qatil Səfərovu Bakıya ekstradisiya edilmə zamanlarında Azərbaycandan 7 milyon dollar alıblar”.

Saytda Macarıstanın “hungarianfreepress.com”-un məlumatına istinadən qeyd olunur ki, Viktor Orbanın hökumətinin Ramil Səfərovu ekstradisiya etmək üçün maliyyə motivasiyası ola bilərdi. Jurnalistlərin tanınmış “Laudromat” istintaq orqanının yaydığı sənədlər sübüt edir ki, Azərbaycan bəzi qərbi hökumətləri “almaq” üçün 2.9 milyard avro xərcləyib.

“Hotnews.ro” korrupsiyaya qarşı olan “Átlátszó” saytının məlumatlarına istinadən qeyd edir ki, 2012-ci ildə Azərbaycanın rəsmi şəxslərindən birinin övladı adı ilə MKB bankında açılmış hesabına 7 milyon ABŞ dollardan çox pul köçürülüb. MKB bankında açılmış hesab bir ofşor şirkəti ilə bağlı idi. Şirkətin isə, Azərbaycan hökumətilə yaxın əlaqələri var idi.  “Metastar Invest LLP” şirkəti tərəfindən “Velasco International Inc” adlandırılan şirkətin Macarıstandakı bank hesabına ümumi məbləği 7.6 milyon dollar olan çoxsaylı ödənişlər edib.

İtalyan prokurorları da təsdiq edirlər ki, “Metastar Invest LLP” şirkəti AŞPA deputatı Luca Volonteyə pul ödəmişdi. Volonte isə, sadəcə Azərbaycanın deyil, Viktor Orbanın da dostudur.

Britaniya Vircin adalarında qeydiyyatdan keçən “Velasco International Inc” adlandırılan şirkətin Bahamalarla bağlı digər bir ofşor şirkəti ilə əlaqələri var. Məlumat göstərir ki, Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov “Nothingham Holding Ltd”-nın Velasco-dan səhmlər alma qərarın alınmasında böyük rol oynayıb.

Eyyubovlar ailəsinin bir digər üzvü isə, Bakıda qurulmuş “ILREM MMCA” şirkətinin direktorudur, hansı ki, Velasco ilə bank köçürülmələri ilə məşğuldur. Azərbaycanın bu şirkətinin sahibləri arasında Budapeştdə qeydiyyatdan keçən öncə “CEU-REM Zrt”, sonra isə, “Remint Zrt.” şirkəti vardır. Macarıstanın Remint qolu Papaver Gyogyszeralapanyag-gyarto Zrt. əczaçılıq şirkətidir. Bu şirkətin idarə heyətinin üzvlərindən biri Orban hökumətinə yaxın, keçmiş kəşfiyyat zabiti və milli təhlükəsizlik mütəxəssisi Laszlo Foldidir.

Ofşor şirkətlərinin yaradılması üçün məşhur bir məsləhətçi olan Laszlo Foldi ilə bağlı Laveco adlı bir şirkət “Nothingham Holding Ltd.”-in yaradılması üçün bir vasitəçi idi. Laveco-nun “rəsmi” hesabları gələcəkdə Macarıstan Milli Bankının sədri və keçmiş nazir Fidesz Gyorgy Matolcsyə yaxın iş ətrafına satmaq üçün Orban hökuməti tərəfindən milliləşdirilmişdir MKB Bank-daydıar, ki sonra yenə milyarder Lorinc Meszarosə satılsınlar.

Rumıniya mətbuatı 2004-cü ildəki hadisələr barədə detallı şəkildə yazır. O vaxt Ramil Səfərov Budapeştdəki hərbi məktəbində sabiq SSR ölkələrindən gələn hərbçilər üçün NATP tərəfindən təşkil edilmiş təlimlər çərçivəsində erməni zabiti Qurgen Margaryanı balta ilə öldürmüşdü. Bunun üçün isə, ömürlük həbs cəzasına məhkum edildi, lakin Bakıda azad buraxılmışdı.

Daha çox göstər
Back to top button