Ekonomika

Azərbaycanda fəaliyyət göstərən bankların xarici borcu kəskin artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi məbləği avqustun 1-nə 6 891 mln. manat təşkil edib. Mərkəzi Bank (AMB) xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 90,6 mln. manat və yaxud 1,33% çoxdur.

Keçən ilin analoji dövrünə nisbətən bankların xarici öhdəlikləri 442,7 mln. manat və yaxud 6,86% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə artım 5 ay davam edən azalmadan sonra baş verib.

Azadliq.info

Daha çox göstər
Back to top button