Ekonomika

ER Baş naziri: Hökumət və Dünya Bankının əsas məqsədləri bir-birinə uyğundur

Dünya Bankı ER üçün önəmli əməkdaşdır. Bu barədə ER və Dünya Bankının 25 illik əməkdaşlığına həsr edilmiş forumda ER Baş naziri Karen Karapetyan bildirib.

“Biz iqtisadiyyatın bütün sahələrində uğurla əməkdaşlıq edirik. Bu 25 il ərzində Dünya Bankının dəstəyi ilə Ermənistanın sosial-iqtisadi inkişafına və müasir institutlara yönələn bir çox proqram həyata keçirdik. DB qrupunun müxtəlif qurumları tərəfindən təqdim edilən alətlər iqtisadi artıma, inkişafa və irəliləyişə töhvə veriblər. 2014-cü ildən biz inkişafın yeni mərhələsində Beynəlxalq İnkişaf Agentliyinin proqramlarından Beynəlxalq Yenidənqurma İnkişafı Proqramlarına keçdik”,-deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, ER Hökuməti ER iqtisadiyyatının radikal islahatları və modernləşməsinə yönəlik programları həyata keçirir. Karen Karapetyan deyib ki, Hökumət layihəsi Dünya Bankının əməkdaşları tərəfindən də bu cür qiymətləndirmələr alıb. Onların qiymətləndirməsi isə, ER Hökuməti üçün çox əhəmiyyətlidir. “Çox şadam ki, Hökumət və Dünya Bankının əsas məqsədləri bir-birinə uyğundur. Gələcək üçün bizim son məqsədimiz müstəqil, təhlükəsiz, ədalətli və ağıllı Ermənistanın olmasıdır. Gələcəkdə bu cür Ermənistanın olması ER və DB əməkdaşlığının əsas məqsədidir”,-deyə Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button