İctimaiyyət

ER Beynəlxalq Elm və Texnologiya Mərkəzindən Azərbaycandan çox maliyyə dəstək alıb: Samvel Harutyunyan

Ermənistan 20 ildir ki, Beynəlxalq Elm və Texnologiya Mərkəzindən Azərbaycandan çox elmi qrantlar alıb. Bu barədə sentyabrın 11-də Parlamentdə Təhsil və Elm Nazirliyinin Dövlət Elm Komitəsinin rəhbəri Samvel Harutyunyan bildirib.

Onun sözlərinə görə, Ermənistan kimi kiçik bir ölkə MDB-də Beynəlxalq Elm və Texnologiya Mərkəzindən verilən maliyyə yardımla ikincisidir. “20 ildən çoxdur ki, Ermənistanın təqdim etdiyi layihələrin sadəcə adıları bir neçə səhifə dolduracaq. Məsələn, Azərbaycanda bunların sayı ən çox 2-3-dur”,-deyə Harutyunyan əlavə edib.

Ümumiyyətlə Beynəlxalq Elm və Texnologiya Mərkəzinin şurası bu illərdə Ermənistandan təqdim edilən təxminən 170 layihə təsdiq edib. Bu layihələrə 1700 alim cəlb olunub.

Beynəlxalq Elm və Texnologiya Mərkəzi 1992-ci ildən bəri fəaliyyət göstərir və bu illər ərzində Ermənistanda onlarla elmi layihələrə maliyyə dəsətk verib. Mərkəzin üzvləri Avropa İttifaqı, ABŞ, Yaponiya, Cənubi Koreya və Norveç, eləcə də Ermənistan, Gürcüstan, Qazaxıstan, Kirgizstan və Tacikistandır.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button