Ekonomika
Ermənistan və Avropa ittifaqı ümumi məqsədə görə hərəkət edirlər
Aİ-Ermənistan sazişi ikitərəfli əlaqələrdə yeni səhifə açacaq. Bu barədə jurnalistlərə müsahibədə Ermənistanda Avropa İttifaqının nümayəndə heyətinin sədri, səfir Pyotr Svitalski bildirib.
“Biz sazişin imzalanmasına hazırlaşırıq və daxili hazırlıq işlərini davam edirik. Ermənistan tərəfindən əməkdaşlığımıza maneə törədə bilən heç bir signal görmədim. Ümumi məqsədimizə aydın şəkildə hərəkət edirik. Ümid edirəm ki, bu saziş çərçivəsində birbirimizə dəstək verəcəyik və kənd təsərrüfatı sahəsində əməkdaşlığımızı yeni səviyyələrə çatdıracağıq. Əminəm ki, erməni kənd təsərrüfatı Avropada da yayılacaq. Biz gələcəkdə bu sahəyə daha çox dəstək verəcəyik”
Aİ-Ermənistan sazişin imzalanması noyabrda nəzərdə tutulur.