Siyasət

Lapşin əfv edildi

Prezident Alexander Lapshini əfv edib. Bloqqerin intihara cəhd etdiyi bildirilir…

Prezidentin İlham Əliyev bu gün, sentyabrın 11-i bloqqer Alexander Lapshini əfv edib.

Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib.

Onun deməsinə görə, sərəncama müvafiq olaraq, Lapshin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.

Əli Həsənov onu da bildirib ki, Lapshin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail hökumətinə təhvil verilməsi məsələsi iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu.

Əli Həsənov qeyd edib ki, prezidentin əfv Sərəncamı imzalamasından sonra hazırda Lashininn ekstradisiya məsələsi ilə Azərbaycan Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur.

Daha çox göstər
Back to top button