Təhlil

“Əliyevlərin yedək “müstəqilliyi”

Azadlıq.info” saytında “Əliyevlərin yedək “müstəqilliyi” adlı yazı yer alıb.

Xalq Bahadırın müəllifi olduğu yazıda prezidentin göstərişindən sonra “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qəti imkan tədbirinin ləğv edilməsi dəyərləndirilir. Yazıda oxuyuruq:

“Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib”, – deyə müəllif yazısında rəsmi KİV-lərdə gedən məlumatdan kiçik bir hissəni sitat kimi təqdim edir.

Xalıq Bahadır bu qərarın verilməsindən öncə ABŞ Senatında Mehman Əliyevin həbsində məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyaların gündəmə gəlməsini xatırladır:

“Budur, ABŞ senatında Əliyevlərlə bağlı SANKSİYA söhbəti ortaya gələn kimi birinci vitse-prezident iki aydan bəri köç saldığı gözəl Parisdən, prezident getdiyi Qazaxıstandan, başqa Əliyevlər dünyanın ayrı-ayrı yerlərindən tez-tələsik Bakıya axışdılar. Bütün ailəliklə SANKSİYALARI önləmə qərarı verdilər…”

Müəllif 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunur.

Yazıda hesab edilir ki, Əliyevlər bu seçkilərdən də qalib çıxmaqdan ötrü sanksiyalardan yayınmaq, güclü dövlətlərlə “bazarlığa” girməyə çalışacaqlar.

 

Daha çox göstər
Back to top button