Siyasət

Aİ Ermənistanda inzibati islahatların keçirilməsinə dəstək verir

Avropa İttifaqı Ermənistanın yerli özünüidarəetmə orqanlarını və yerli təşəbbüslərini böyük investisiyalarla dəstəkləyir. “ER-da inzibati-ərazi islahatlarına vətəndaş cəmiyyətin iştirakı” mövzusu ilə konfrans zamanı bu barədə ER-da Avropa İttifaqı nümayəndə heyətinin sədri, səfir Pyotr Svitalski bildirib. İnzibati-ərazi islahatlarla bağlı o qeyd edib ki, yerli özünüidarəetmə məsələsi Ermənistanda böyük əhəmiyyət daşıyır.

“Aİ əmindir ki, subsidiya prinsipi çox vacibdir. Bununla idarəetmənin avropa modeli yaradılır. Subsidiya o deməkdir ki, məsələlər mümkün olana qədər aşağı səviyyədə həll olunmalı. Aİ çox böyük investisiyalarla yerli özünüidarəetmə orqanlarına və yerli təşəbbüslərinə dəstk verir. Biz əminik ki, hazırda Ermənistanda inzibati islahatlar üçün göstrərilən səylər çox əhəmiyyətlidir. Biz Aİ olaraq bu təşəbbüslərə tam dəstək təklif etdik, hökumət ilə yeni strategiyanı hazırlanmaq üçün çalışdıq”,-deyə Svitalski əlavə edib ki, eksperimental layihələrə böyük dəstək verilir.

“Bu yolun başlanğıcıdır və öz məqsədini yerinə yətirəcək. İdarəetmə sistemi daha səmərəloi hala gətiriləcək”,-deyə Pyotr Svitalski bildirib.

Daha çox göstər
Back to top button