Siyasət

Edvard Nalbandyan İraqın xristian dini liderlərini qəbul edib

ER xarici işlər naziri Edvard Nalbandyan İraqın xristian və digər din azlıqlarının vəqfi məsələləri üzrə katibliyin sədri Raad Calil Circis Kaçaçi və İraq xristian dini liderlərini qəbul edib.

Nazir Nalbandyan vurğulayıb ki, Ermənistan beynəlxalq alanlarda “DAEŞ” və digər terror qruplaşmaları tərəfindən törədilən zorakılıqları dəfələrlə pisləyib və İraqda, digər Yaxın Şərq ölkələrində milli və dini, o cümlədən xristian azlıqların problemlərini qaldırıb və önların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən beynəlxalq səylərinə töhvə verir.

Bu konteksdə Xİ naziri regionun ən qədim icmalardan birinin İraq ermənilərinin, onların mədəni, dini və icma qurumlarının müdafiəsinə də əhəmiyyət verib. O, dini və hakimiyyət orqanlarının Kərkük və Erbildəki erməni kilsələrinin tikilməsinə dəstək verdiklərini yüksək qiymətləndirib. Edvard Nalbandyan məmnuniyyətlə qeyd edib ki, son zamanlarda İraq ərazisinin böyük qismi DAEŞ-dən azad edilib, çünki regionun sülh və sabitliyin bərpası üçün bu çox əhəmiyyətlidir.

İraq Vəqfi katibliyinin sədri və İraqın dini azlıqların liderləri ölkədəki vəziyyəti, terror  və ekstremist qruplar tərəfindən törədilən vahşiliklər, icmaların problemləri, İraq hökuməti və beynəlxalq ictimaiyyəti tərəfindən bunların həlli üçün atılan addımlar barədə danışdılar.

Həmsöhbətçilər regionun milli və dini mirasın saxlanması və tolerantlıq ənənələrin bərpasına əhəmiyyət veriblər.

Daha çox göstər
Back to top button