Ekonomika

ER Baş naziri DB sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

ER Baş naziri Karen Karapetyan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə sədr müavini Siril Myullerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş nazir görüş iştirakçılara ER və Dünya Bankı əməkdaşlığının 25-ci ildönümü münasibətilə təbrik edərək ikitərəfli əməkdaşlığın gələcək inkişafına və derinləşməsinə də əhəmiyyət verib.

Siril Myuller ER Hökuməti ilə əməkdaşlıqdan məmnuniyyətini qeyd edərək, onu səmərəli qiymətləndirib. Onun sözlərinə görə, Dünya Bankı gələcəkdə Ermənistanla əməkdaşlığı daha gücləndirmək istəyir. Görüşdə DB nümayəndə heyəti “Gələcək Ermənistan” adlı hesabatı təqdim edib. Hesabatda ölkəmizin problemləri, imkanları, üstünlükləri qiymətləndirilib və Hökumətin fəaliyyətinə toxunulub.

Qeyd edilib ki, hesabata əsasən, Ermənistanla DB fəaliyyət layihəsi hazırlanacaq. Siril Myuller deyib ki, hesabatdakı təkliflər ER Hökumətinin 2017-2022-ci illərin fəaliyyət planına və islahatlar gündəmi ilə uyğundur. “Bu ərzində siz yaxşı layihələr həayat keçirmə imkanınızı göstərdiniz və əminəm ki, ER Hökuməti ilə uğura çata bilərik”,-deyə DB sədr müavini bildirib.

Daha çox göstər
Back to top button