Ekonomika

Azərbaycanda kənd təsərrüfatı absurd ideyalara qurban verilir

Avqust ayında Azərbaycana götürülən kərə yağının qiymətində ciddi artım olub. Bir kiloqram kərə yağının idxal dəyəri əvvəlki aya nisbətən 1,5 dollar, yəni 30 faiz bahalaşıb

Bu arada dünya bazarında pambığın qiyməti 20 faiz ucuzlaşıb. Hakimiyyətin uğursuz pambıq siyasətinin iflası qalsın bir yana, ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli payı olan heyvandarlıq sektoru artıq sıradan çıxmaq üzrədir. Naşılar örüş, təbii biçənək, yonca sahələrini pambıq əkini üçün şumlatdılar, əvəzində heyvanların normal qidalanması üçün yem bazası yarada bilmədilər.

Nəticədə heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı, idxal isə artdı. Bu səbəbdən də ət və ət məhsullarının, süd və süd məhsullarının qiymətləri bahalaşıb və bahalaşmaqda davam edəcək.

Daha çox göstər
Back to top button